Vətənimizdən güşələr

No images

Sponsorluq

Məqsədimiz

 

   Əminliklə söyləyə bilərik ki, məqsədimiz "yeni bir Azərbaycan" qurmaq deyil! Və ya bir topluluq yaradıb, o topluluğun öndəri də olmaq deyil! Yeganə istəyimiz; oxuduqlarımız, öyrəndiklərimiz müqabilində “qəflət yuxusuna gedən bir çox Azərbaycanlı soydaşımızı” oyandırmaq və ən əsası onları düşünməyə dəvət etməkdir!

   Bu fəaliyyətimiz, şəxsi mənfəətlər naminə deyil, daha çox düşünənlərlə əl-ələ verib. düşünə bilməyənləri düşünməyə dəvət etmək naminədir. Tərəfsiz, qərəzsiz və ən əsası “təmiz” olan bu ideyamız, gedəcəyimiz “düşüncə yolunda” daimliyimizi qoruyacaqdır.  Bizlər özümüzə, "Azərbaycan bizim üçün nə edib ?" deyənlərdən fərqli olaraq, "Biz Azərbaycan üçün nə etmişik ?" sualını verənlərdən olacağıq ! Beləliklə, Azərbaycan'ımızın Azərbaycanlılığının itməməsi üçün əlimizdən gəldiyi qədər çalışacağıq!

   Mətndə keçən “Biz” ifadələri sabit şəxsləri göstərmir, düşünə bilən hər bir Azərbaycan övladını əhatə edir. Vətənimizin belə övladlarını yanımızda görməkdən və onlarla bərabər səlahiyyətli bu yollarda getməkdən qürur duyarıq. Və gedəcəyimiz bu yollarda heç bir ayaq izinə rast gəlməyib, bizlər iz buraxmağa çalışacağıq. Bu səbəbdən, sizlər kimi dostlara ehtiyacımız olduğunu unutmayın !

   Məişətimizdəki bir çox əlamətləri hallandırmaq da ən əsas vəzifələrimizdəndir. Sadəcə yalnış əlamətləri hədəf almayıb, doğru əlamətləri də alqışlamağı da bacaracağıq!

 

Bəzi "Xüsusi Qeydləri" nəzərinizə çatdırmaq istəyirik !

   Bu internet səhifəsinin yaradılmasında əsas məqsəd Azərbaycanın eşidilməyən nalə səslərini birilərinə duyurmaqdır. Bir çox problemlərin həllinin yazmaqla olmadığını çox gözəl bilirik. Əsası onlara çıxış yollarının tapılmasıdır. Həmfikirlik sonrası ortaya çıxan ideyaları istər ətrafımızdakılara istərsə də, bəzi problemlərə çıxış yolu tapa bilməyən hüquqi səlahiyyətli şəxslərə çatdırılmasıdır. Çünkü qazanacaq olan bizim doğma "Ana" vətənimizdir. Bunun üçün daim çalışmaq və bu səhifələrin səviyyəsini qorumaq ən əsas amillərdən biridir.

   "Ağıl ağıldan üstündür" deyə bir atalar misalımız var. İstəyən hər bir istifadəçi, "Azərbaycan dilinin səviyyəsini" qoruyaraqdan məqalələr yaza bilər. İçində "Azərbaycan", "Azərbaycanlılığ" olan məqalələr istifadəçinin imzasıyla internet səhifəmizdə öz yerini alacaqdır.  İstəyən yazıçının istifadəçi adı da gizli saxlanıla bilər !

   Hər bir istifadəçinin istənilən yazılara şərh etmək səlahiyyəti var. Sadəcə olaraq şərhlərin içində heç bir söyüş xarakteri daşıyan söz olmaması şərti ilə. Əks halda şərhiniz nəzərə alınmayıb silinəcəkdir.  

   Bununla yanaşı, internet səhifəmizdə gündəmdə olan olaylar, xəbərlər haqqında da məlumat əldə edəcəksiniz !