Vətənimizdən güşələr

No images

Sponsorluq

Zəif düşüncə və məişətdəki təsirləri

 

   İnsanların heyvanlardan ən böyük fərqi düşünə bilmə qabiliyyətlərinin olmasıdır. Bu cümləni hallandırmazdan əvvəl, "Zəif düşüncə nədir?", sualını biraz aydinlaşdıraq! Zəif düşüncəyə, "düşüncəsiz əməllər etmək" vəya "düşünməmək" təriflərini vermək olar. Bir çox Azərbaycanlılara baxaraqdan isə, bu tərifi daha da genişləndirmək olar. Məsələn, "Əcnəbi dilləri öz ana dilindən üstün tutub o dillərdə danışanlar vəya danışmağa cəhd edənləri", "ekranda, efirdə gördükləri boş-boş simaları özünə ideal seçib, onlar kimi geyinib, davranış sərgiləyənləri", "xarici vətəndaşları öz millətindən üstün tutanları", "kimlərəsə oxşamaq vəya kimlərəsə xoş təsir edəcəyini düşünüb özündə, görünüşündə Azərbaycanlıya yaraşmıyacaq dəyişikliklər edənləri" göstərmək olar. Bunların səbəbi düşüncənin zəifliyindən vəya düşüncənin heç olmamasından qaynaqlanır.

   Bu gün  Azərbaycanda öz "ana dilini" bir kənara qoyub əsasən rus, türk və bəzi başqa dillərdə danışmağa cəhd edən Azərbaycanlılar həddən artıq çoxdur. Belələrinə, "Azərbaycan hava yolları" adını daşıyan təyyarələrdə xidmət göstərənləri, Bakıda bir çox iş yerlərində xidmət göstərənləri, ətrafda gəzən bir çox fiziki şəxsləri göstərmək olar. Bir insanın öz doğma "ana dili" varsa əgər, niyə görə özgə dildə danışmalıdır ki? Məqsəd nədir görəsən? Azərbaycan dilini özgə dillərdən aşağı səviyyəli mi görürlər, yoxsa əcnəbi dildə danışaraq özlərini daha müasir göstərmək mi istəyirlər? Bəlkə utanırlar? Çünkü onların bu davranışına bizlərin bir səbəb tapması qeyri mümkündür. Əgər bizim vətənimizin doğma "ana dilindən" utananlar, vəya "ana dilimizi" digər dillərdən aşağı səviyyəli görənlər varsa, gedib dilini danışdıqları ölkə insanları ilə onların vətənində yaşasalar daha yaxşı olar! Bir ölkənin suyunu içib, çörəyini yeyirsənsə, o ölkənin ana dilində danışmağa məcbursan. Nə bizim, nə də dilimizin özgələrindən heç bir əksiyimiz yoxdur! Hətta rus dilində neçə Azərbaycan sözünün olduğunu bilirik.

   Bunlardan başqa bir çox zəif düşüncə əlamətləri də mövcuddur. Məsələn, "öz doğma qızını imkanlı ailə övladına vermək arzusunda olan bəzi analar", "kasıba dodağ büzüb, imkanlıyla gəzməyi xoşlayan eyibli gözəllər", "oğluna arxa dayaq olacaq qaynana, qaynata arayanlar", "fala, falçıya 'xoşbəxtlik qəbzi satıcısı' kimi baxıb, onların ətəyinə pul tökənlər", "xariciyə ərə getməklə həyatının və yaşayışının  gözəl olacağını düşünən bəzi qızlar! ". Öz övladını pulun gücünə verən valideynləri və özünü pul önündə əyən bəzi qızları daha dərin düşünməyə dəvət edirik. Pulun sabah da var olacağını heç kəs deyə bilməz! Belə insanlar hər şeyin pul olmadığını düşünsələr daha yaxşı olar. Pul ilə xoşbəxtçiliyin heç bir əlaqəsi yoxdur. Pul sadəcə yaşanan həyatı rəngləndirməkdə balaca bir rol oynayır.

   Xaricə, xariciyə getmək arzusunda olan qızlardan dedik. Kimlərdir bunlar? Öncəliklə bunu vurğulamaq istəyirik ki, bu söhbət hər kəsə aid deyil. Sözümüz düşüncəsizcə bu yolu seçənlərədir. Sadəcə "fikri gedib xaricdə yaşamaq olan", "düşünmədən bəzi fani hisslərə qapılaraq bu yolu seçənlərə" səslənmək istəyirik! Sizi ora dəvət edən vəya özü ilə birliktə oralara aparan insanların sabah sizə necə davranacağı məlum deyil. Hər şey ilk başda arzuladığınız kimi olsa da, daha sonra tamamilə dəyişə bilər. Qarşı tərəfin fikri tamamilə saf olmaya bilər vəya sonradan sizə qarşı fikrini dəyişdirə bilər. Nə də olsa sizin orda yad qızı olmanız onları o qədər də maraqlandırmaya bilər. Və sizdən ayılmağ onlar üçün asan bir şeydir. Sadəcə şirin dillərlə bəzədilmiş cümlələrə inanmağınızı yox, daha çox dərindən düşünmənizi tövsiyyə edirik! Günümüzdə belə gedib, bir müddət sonra qayıdanların sayı az deyil. Sizin həyatınızı ən az sizin qədər düşünüb, sizlərə bu fikirləri tövsiyyə edirik! Nə də olsa doğma Azərbaycanımızın qızlarısınız!

   Azərbaycanımızda zəif düşüncənin təsiri altında daha acınacaqlı mövzular da var. Məsələn bəzi cavan oğlanların bir çox pis əməlləri özünə fəxrlə yaraşdırması. Kimlərdir bunlar? "Qaqaş kayf eləyir" sözünü öz şəninə fəxrlə sığışdıranlar. Narkamanlıq etməyi yaxşı oğlan tərifi altında görənlər. Bu yolu seçmənin onlara nəsə fərqli sima verəcəyini düşünənlər. Vəya çəkdiyi əxlaqsız videoları özgələrinə yayıb özünü ispat etməyə çalışanları da belələrinə qatmaq olar. Heyfslər olsun ki, belə düşüncəsizcə davrananlar da çoxludur Azərbaycanda!

   Bunlardan başqa; "Sevirəm deyib, bu ad altında bir çox pislikləri edənləri", "bir-birinin əlini tutub və bu birliktəliklərə sevgi deyənlərin bir çoxunu", "efirlərdə online sms vasitəsiylə özünə sevgili, sirdaş, yoldaş axtaranları" da düşüncəsizlər sırasına qatmaq olar. Bir televiziya kanalında "Sevgilin üçün nə edərsən?" mənasını daşıyan bir veriliş var. Sözü edilən verlişin bir buraxılışına baxsaq, nə qədər düşüncəsiz insanlarımızın olduğunu açıq şəkildə görə bilərik. Ora çıxanlar vəya ora çıxıb özünü ispat etmək həvəsli insanlar! Birilərinin sizlərin zəif düşüncəsindən istifadə etdiyini bilirsinizmi? Sevgi müqəddəs bir duyğudur. Və belə adicə, düşüncəsiz hərəkətlərlə onu ispatlamaq qeyri mümkündür.

   Bəs online sms vasitələri ilə ismarıclar yazanların məqsədi nədir? Orada yayımlanan bir smsə nəzər yetirək! Məsələn, "Boşanmış bir gəlinlə tanış olmaq istəyərdim" yazanlar var. Hətta bunlardan daha betərlərini yazanlar da var. Kiminsə bədbaxtçılığından istifadə edib, özü üçün kef dolu həyat qurmaq istəyən həmən şüursuz insanın məqsədi nədir? Yəqin belələri sadəcə bu gününü fikirləşir. Sabah, bu gün elədikləri qarşısına çıxa bilər deyə heç fikirləşmir. Əslində belə smsləri efirə buraxan televiziya şirkətlərinin də günahı böyükdür. Bütün bunlara nəzarət edən hüquqi şəxslərimiz ola ola, niyə belə şeylər günü gündən artır? Axı biz Azərbaycanlıyıq!

   Bunlara baxıb "Bir çox şeylərin istifadə qaydalarını bilmirik!" cümləsini əminliklə söləyə bilərik! Bizə mobil telefonu satan ölkələrdə heç də metrolarda, vəya yığıncaq olunan yerlərdə "bluetooth'la" qız vıya oğlan axtarılmır. Amma biz bəzi şeylərdən, çox gözəl istifadə edə bilirik. Sabah bu sərgilədiyimizi hərəkətlərə baxıb utanacağıq. Elə isə niyə bunları bu gün edirik? Yaşa dolduqca utanmayacaqlara isə insan gözüylə baxılması da doğru deyil.

   İndi də sözümüz "Avropalaşırıq" şüarını dilindən düşürməyənlərədir. Bunlardır Avropalaşmaq? Biz Avropadakı birinı Azərbaycanlılaşmaq yolunu göstərmək yerinə, insanlığdan kənara addım atmağa başlamışıq. Bütün bunlar düşüncədə olan boşluqlardan, düşüncə zəifliyindən irəli gəlir. Bir çox şüursuzca davranış edənlər sabah peşman olacaqlar. Bəlkə də peşman olmadılar. Sabahlar gəldikcə bu günlərini də unutdular. Necə ki dünənlərini unudublar!

   Bütün bunların Azərbaycana böyük bir bəla gətirməyəcəyi nə məlumdur? Allah hələ ki səbr edir. Amma bizlər burda sadalanan vəya sadalanmayan bir çox düşüncəsiz hərəkətlərimizi davam etdirsək, Allah'ın bizə böyük bəlalar göndərəcəyi qaçınılmazdır. Milli mənəvi sərvətlərimizin hamısını zaman ötdükçə itiririk.

   Qısaca Allah düşünə bilən hər bir vətəndaşımızı bütün bəlalardan qorusun. Və düşünə bilməyəynlərə də düşüncə dolu ağıl nəsib eləsin.