İpoteka bərpa edilir

 

Azərbaycan hökuməti antiböhran tədbirləri çərçivəsində yeni addımlar atmağa hazırlaşır. Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov ANS-ə bildirib ki, bank sektoruna inamı artırmaq üçün sığortalanan əmanət məbləğinin bir neçə dəfə artırılması planlaşdırılır.
Artıq bununla bağlı sənəd parlamentə təqdim olunub. O, həmçinin qeyd edib ki, tikinti sektorunun dəstəklənməsi üçün ipoteka kreditləşməsi də şərtlərə ciddi dəyişikliklər edilmədən yaxın vaxtlarda bərpa olunacaq: "Real sektorun dəstəklənməsi istiqamətində artıq bəzi ciddi adımlar atmağa hazırlaşırıq. Amma mən qabağa gedib onları açıqlamaq istəmirəm. Buraya həm də ipoteka kreditləşməsi aiddir. Artıq yaxın vaxtlarda bunun başlamasına qərar veriləcəyi gözlənilir. Özü də bu zaman ancaq büdcə vəsaitindən yox, həm də bankların qiymətli kağızlarının buraxılması ilə cəlb olunan vəsaitlərin bu istiqamətə yatırılması nəzərdə tutulur. Bu, daha etibarlı sistemdir. Amma şərtlərdə dəyişikliklər gözlənilmir və əvvəlki şərtlərin qüvvədə qalacağı gözlənilir".

 

 

Günün Əsas Xəbərləri


ilham1.jpg
11/05/2009 20:18
mamont.jpg
08/05/2009 18:19
ilk%20avropali.jpg
08/05/2009 18:00
ipoteka.jpg
08/05/2009 10:48
08/05/2009 10:36
05/05/2009 12:30
04/05/2009 17:33
04/05/2009 17:10
04/05/2009 16:35
04/05/2009 16:16
04/05/2009 15:27
04/05/2009 14:20
03/05/2009 23:58
03/05/2009 23:19
01/05/2009 00:05
30/04/2009 17:39
29/04/2009 18:21
29/04/2009 18:09
29/04/2009 17:33
29/04/2009 17:24