|
Prezident Izmir parkinda gəzişdi |
|
Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonundakı İzmir parkının aparılmış təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısı xanımı Mehriban Əliyeva və qızları ilə birlikdə parkı gəzib. Ona parkda aparılmış əsaslı təmir və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, sakinlərin istirahəti üçün yararsız vəziyyətdə olan park dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılıb. Təmir bu ilin fevralında başlanılıb. Bir hektara yaxın ərazini əhatə edən parkda hündürlüyü 8 metr, diametri 14 metr, çəkisi 10 ton olan qranit daşdan və çuqundan hazırlanmış yeni müasir fəvvarə quraşdırılıb. Beş iş rejimi olan fəvvarə 300 lampa ilə işıqlandırılıb. Parkın ərazisinə Hindistanda istehsal olunmuş təbii daşlar və piltələr döşənib. Ərazidə Belçika və İtaliyadan gətirilmiş müxtəlif ağaclar və gül kolları, o cümlədən taksus, banzay və sərv ağacları, qızıl güllər, azaliyalar və digər dekorativ bitkilər əkilmiş, yaşıllıq salınıb. Axşam saatlarında bu ağacların hamısı işıqlandırılır. Yaşıllaşdırılmış ərazidə avtomatik suvarma sistemi quraşdırılıb. Parkın xarici divarları Abşeron daşından, istinad divarları isə xaricdən gətirilən travertin və mərmərdən inşa olunub. Ərazidə yeni yollar və cığırlar salınmış, daş heykəlciklər qoyulub. Müasir tələblər səviyyəsində qurulan parkın işıqlandırma sistemi Almaniya istehsalı olan yüksək keyfiyyətli avadanlıqdan yığılıb. Ərazidə 85 orijinal çıraq quraşdırılıb, 85 rahat oturacaq qoyulub.(ans)
|