| Xoşbəxt Ailə olmanın Sirləri |
|
Bunu unutmayın ki, möhkəm bir ailə, dörd ayaq üzərində qurulan müqəddəs bir müəssisədir. Bunlar: 1-Sevgi, 2-İnam, 3-Fədakarlık, 4- Xoşgörüşdür. Bunlardan birinin sarsılması, ailə sarsıntısına gətirib çıxarar. Bunun üçün bir-birinizi sevin, bir-birinizə güvənin… Bir-birinizin qüsurunu axtarmayın. Sonra aranızdakı sevgi və hörməti ortadan qaldırarsınız. Sirlərinizi başqalarına açmayın. İkiniz arasında qalması lazım olan sirləriniz olacaq. Onları başqalarına açaraq bir-birinizi pis və gülünc vəziyyətə salmayın. Unutmayın ki sirlər sizdə qaldığı müddətcə siz onlara hakimsiniz, başqalarına da deyilincə artıq siz sirrinizin əsiri olarsınız. Heç bir vəzifə ailə vəzifəsindən əvvəl ola bilməz. Malınızı qazanarkən olduğu kimi, xərcləyərkən də ailənizi düşünmək məcburiyyətindəsiniz. Bəzi xoş əlamətlərlə bir-birinizin könülünü alın. Bir-birinizi ruhən dəstəkləmək üzrə bir-birinizdən məmnun olduğunuzu yaxın qohumlarınıza, ana-atanıza izah edin. Bu aranızdakı inam və sevgini artırar. Lakin bir-birinizin xüsusiyyətini başqalarına izah etməyin. Yəni bir qadın ərinin xüsusiyyətini başqa qadınlara, bir kişi də arvadının xüsusiyyətini başqa kişilərə izah etməyə cəhd etməsin. Bunda hər hansı bir fayda da yoxdur… Evinizə gəldiyinizdə bir-birinizi şirin dil, gülər üzlə qarşılayın. Bu davranış sizin öz çətinliklərinizi də aradan qaldırar. Gec vaxtlara qədər çöldə qalmayın. Şübhələrə meydan verməyin. Bir-birinizi qısqandırma sınaqlarına cəhd etməyin yoxsa çətinliklərə gətirib çıxararsınız. Bir-birinizdən gizli heç bir şeyiniz olmasın. Şübhələrə gətirib çıxararsınız. Hər mövzuda bir-birinizlə müzakirə edin. Beləcə, nəticəsində də məsuliyyəti birlikdə bölümüş olarsınız. Uşaqlarınızın yetişdirilməsində ana-ata olaraq əhəmiyyətinizi və məsuliyyətinizi bilərək onlara nümunə olun. Təhsillərində ixtilafa düşmədən müştərək metod tətbiq edin. Dolanışıqsızlığınızı və bunun səbəblərini başqalarına hətta ən yaxınlarınıza belə izah etməyin. Çünki bu izah edilənlər mütləq bir günahlandırma olacaq. Unutmayın ki, bu çətinlik aradan qaldırılar, sonra izah etdiklərinizdən ötəri bir-birinizə qarşı xəcalətli olarsınız. Bir-birinizə qarşı göstərdiyiniz sevgi və hörməti ailələrinizə qarşı da nümayiş etdirin. Ən gözəl axtarışına cəhd etməyin. Çünki gözəldən də gözəl var. Ən gözəli tapa bilməzsiniz. Elə isə yoldaşınızın gözəl tərəfləri vardır, onu tapmağa çalışın… Bir-birinizə qarşı xoşgörüşlü olun. Adətlərlə, inanclarınızı bir-birinə qarışdırmayın. Yetişmiş olduğunuz ətrafa ailədən gətirdiyiniz adətləriniz anlaşılmazlıq mövzusu olmasın. Bir-birinizə qarşı nəzakətli olun və nəzakətli davranın, ailələr nədənsə nəzakətli davranışı, həmişə başqalarına qarşı göstərmək olaraq qiymətləndirər. Halbuki nəzakətə və nəzakətli davranışa da əvvəlcə ailə fərdləri layiqdir. Şübhəsiz ki, bu başqalarına nəzakətli davranılmamalıdır mənasına da gəlmir… Əmək bölgüsünə diqqət yetirin. Lakin bunun üçün əlinizə qələm, kağız götürüb yazmağa ehtiyac yoxdur. Onsuz da həyat, əmək bölgüsünü özbaşına etmişdir. Yetər ki anlayışlı olun. Kiçik problemləri, düşüncə və davranış fərqliliklərini həll edilməyən problemlər halına gətirməyin. Unutmayın ki, iki adamın hər nöqtədə eyni düşünməsi, eynisini etməsi mümkün ola bilməz… Bu insan fitrətinə ziddir. İxtilaflar mütləq olacaq. İnsan zaman zaman özü ilə belə ixtilafa düşər. Elə isə bəzi mövzularda müxalif çıxılmasını yoldaşlar da təbii qarşılamalıdır. Bu səbəbdən kiçik anlaşılmazlıqları böyüdüb problem halına gətirilmədən həll etməlisiniz. Bu gözəl sözü də ağılınızdan çıxarmayın. "Böyük yanğınlar, kiçik qığılcımlardan meydana gəlir. Qığılcımları isə bir fincan su söndürər". Elə isə bir fincan su ilə söndürülə biləcək qığılcımı böyüdüb xilasetməni çağıracaq fəlakət halına gətirməyin. Yoldaşınızın istəmədiyi kəsləri evinizə aparmayın. İnanclı olun. Bir-birinizə qarşı davranışlarının təməlində yalnız Allah'ın razılığını qazanma niyyəti və səmimiyyəti olsun. O zaman rahatlıq taparsınız, xoşbəxtliyinizdə və müqəddəs ailə yuvanızın davamında köməkçiniz Allah olacaq!!!
M.Lənkəranlı / www.azerbaycaninsesi.com
|
