Yemək yeyərkən diqqət ediləcəklər

Çox yeməkdən qaçının
Yarı həzm edilmiş qidalar, bədəndə çürüyən kütlələr meydana gətirir qan dövranını zəhərləyir və nəticədə bütün sistemi zəiflədir. Aclıq hissiniz tam aradan qalxmadan yeməyi buraxın, şəkər və digər bəsləyicilər qan dövranına keçib, beynə təsir edər etməz "toxluq" hiss edəcəksiniz.

Yemək yeyərkən rahat olun
Nə yediyiniz qədər necə yediyiniz də olduqca əhəmiyyətlidir. Tələsik, yorğun, narahat, kədərli bir ruh halı ilə yemək yesəniz qidanız nizamlı şəkildə həzm edilməyəcək və bütün bəsləyici dəyərini itirəcək. Həzm olunmamış qidalar da bədəninizin çox zərərli turşular və toksinlər çıxarmasına səbəb olacaq. Bu səbəblə mümkün olduğu qədər sakit bir vəziyyətdə, rahat və xoşbəxt bir mühitdə yeməyə çalışın.

Bir yeməkdə çox fərqli növdə qidalar yeməyin
Çox dəyişik növdəki qidalar həzm sistemini zəiflədir. Bu səbəblə bir payda dörd növdən çox qida yeməməyə diqqət edin. Yeməklərinizi mümkün olduğunca sadələşdirin və xüsusilə ədviyyatlı yeməklərdən uzaq qalmağa çalışın.

Yeməklərinizi tam şəkildə çeynəyin
Xüsusilə düyü, çörək, makaron kimi həzmi ağızda başlayan qidaların tüpürcəklə qarışması lazım olduğundan, yaxşıca çeynənməlidir. Bu səbəblə tüpürcək kifayət qədər qarışdırıldığında qidaların xəstəlikli təsirlərini neytrallaşdırmağa köməkçi olur.

Yemek yeyərkən oturuşunuza diqqət yetirin
Kürəyiniz dik olaraq otursanız enerji onurğanızdan asanca axar və həzm orqanlarına heç bir təzyiq etməz. Əslində həzm üçün ən yaxşı mövqe yerdə ayaqlarınızı altınıza alacaq şəkildə oturmaqdır. Ayaq üstə olarkən yemək yeməyin və bir şey içməməyə cəhd edin.

Yeməkdən sonra bir müddət istirahət edin və sağ burun dəliyinizi açıq saxlayın
Yemək yedikdən sonra yorucu fiziki və zehni fəaliyyətlərdən qaçının. Yemək əsnasında bədənin bütün enerjisi, bədənin qan həzm orqanları üçün lazımlıdır. Qanı fiziki işlər üçün əzələlərə və ya sıx düşüncəni təmin etmək üçün beynə göndərmək adamın fiziki və zehni kafiliyini azaldar, eyni zamanda həzmə də mane olar.
Nəfəs sol burun dəliyindən axdığı zaman, bədən sakit, həssas vəziyyətdə qalır. Bədənin həzm üçün istiliyə ehtiyacı olacağından, sağ burun dəliyi yemək əsnasında və yeməkdən sonra davamlı olaraq açıq olmalıdır. Yemək əsnasında sağ burun dəliyi bağlı və sol burun dəliyi açıqsa quru və ağır qidalar yeməmək daha yaxşıdır. Çünki bunları həzm etmək daha ağır olacaq. Yeməkdən sonra nəfəsin sağ dəlikdən axmasına diqqət yetirin, solunuza doğru yatmaq da tövsiyə edilə bilər, bu sayədə sağ burun dəliyi özbaşına açılacaq.

Yeməklər arası atışdırmalardan çəkinin
Qidaların mədənizi tərk etməsi və sonrakı yemək yeməyə hazırlanması təxminən dörd saata başa gəlir. Gün boyunca davamlı və nizamlı olaraq yeyin, dörd paydan çox yeməyin.

Yatmazdan əvvəl gec saatlarda yeməyin
Gecələri yatmaqda çətinlik çəkirsinizsə, bir stəkan ilıq süd üçün.

Hər gün bol su için
Su, bədəni zəhərlərdən və tullantı maddələrdən təmizləyər, saflaşdırar. Sağlam bir adam gündə 3-4 litr su və ya başqa içkilərdən içməlidir. Xəstə insanlar-xüsusilə dəri xəstəliyi olanlar, gündə 4 və ya 5 litr su içməlidir. Yemək əsnasında isə çox su içməyin, həzm yavaşlayır. İçdiyiniz suya bir az limon və duz qata bilərsiniz.

Çox isti və çox soyuq yemək yeməyin
Çox isti qidalar bədəni çox istilədər. Ayrıca məhdud bir istilik aralığında işləyən fermentlərinin işlərinə mane olar. Eyni zamanda həzm sisteminin içini örtən pərdəni də poza bilər.
Yeməyinizi yemədən əvvəl bir az soyudun. Çox soyuq qidalar və sərinlədicilər də bağırsaq kanalını büzüşdürər, həzmi çox çətinləşdirər. Ayrıca boğazınıza da zərər verici təsir edə bilər. Çox soyuq içkilər də içməyin. Hər hansı bir zərərli reaksiyaya səbəb ola bilər.

Təmiz hava alın və məşq edin
Bədənin həzm orqanlarını qüvvətləndirməsi, xəbərdar etməsi və həzmi asanlaşdırması üçün məşq etməyə ehtiyac vardır. Bədəniniz key və tənbəl bir vəziyyətdədirsə həzm fəaliyyətiniz və bütün sağlamlıq vəziyyətiniz narahat olacaq. Çünki həzm bol miqdarda oksigen tələb edir. Qəbizliyin ən yaxşı müalicə şəkli hər gün bol məşq etmək, heç olmasa hər gün açıq havada gəzintiyə çıxmaqdır.

Hər yeməkdən əvvəl yaxşıca yuyunun
Bədən yemək əsnasında və yeməkdən sonra çox miqdarda istilik çıxarar, bu səbəblə yeməkdən əvvəl sərinlədilməsi lazımdır. Hər pay yeməkdən əvvəl yaxşıca soyuq su ilə yuyunun.

 

M.Lənkəranlı / www.azerbaycaninsesi.com