Sponsorluq

Kabablar

 

Tikə kabab, Lüləkabab, Banket kababı, Badımcanla quyruq kababı, Toyuq kababı, Cücə kabab, Qara ciyər kababı, Həvəskar kababı, Tavakabab, Kartof kababının hazırlanma qaydası və lazım olan vəsaitlər!


Tikə Kabab

Qoyun əti - 330q, baş soğan 0 60q, göy soğan - 40q, cəfərireyhan 0 10q, sumaq - 3q, və ya nar şərab - 5q, duz, istiot

Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında haqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.


Lüləkabab

Qoyun əti -330 q, quyruq yağı – 20 q, baş soğan – 20 q, göy soğan – 40 q, cəfəri reyhan – 15q, buğda unu – 45 q, sumaq – 3 q, duz, istiot.

Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub ciddi qarışdırılır. Qiymə soyumaq üçün 20 dəqiqə soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salınır. Lüləkəbab manqalda közərmiş kömür üzərində qızardılmış. Lüləkəbab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkəbanın yanına halqavarı doğranılmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir.


Banket Kababı

Qoyun əti - 330q, baş soğan 0 60q, göy soğan - 40q, cəfərireyhan 0 10q, sumaq - 3q, və ya nar şərab - 5q, duz, istiot

Tikə kəbab kimi hazırlanır, lakin süfrəyə verildikdə xüsusi olaraq pomidor, xiyar, bibər və başqa tərəvəzlərlə bəzədilir. Bə`zən kababı elə bişirildiyi şişdə stola verirlər.



Badımcanla Quyruq Kababı

Badımcan - 350q, qoyun quyruğu - 0 60q, soğan - 40q, cəfərişüyüd - 20q, duz, istiot.

Badımcan (xırdaları) təmizlənir, saplağı kəsilir. Qoyun quyruğu 15-20q çəkidə doğranır və növbə ilə badımcanla şişə taxılır. Manqalda qızardılır, süfrəyə verdikdə badımcanın qabığı təmizlənir, quyruqla birlikdə xırdalanır, duz, istiot vurulur və üstünə göyərti səpilir.



Toyuq Kababı


Toyuq əti - 300q, baş soğan - 35q, keşnişcəfəri - 25q, duz, istiot, sumaq.

İlk emaldan keçirilmiş toyuq ətpdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verili rvə üstünə göyərti səpilir. Hind toyuğu kababı da belə hazırlanır.



Cücə Kabab


Cücə - 285q, xama - 10q, baş soğan - 30q, keşnişcəfəri - 25q, lumu 1/2 əd., və ya narşərab - 25q, duz, istiot.

İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Hazır kababın yanında halqavari doğranmış baş soğan verili rvə üstünə lumu dilimi qoyulur.



Qara Ciyər Kababı


Qoyun qara ciyəri - 230q, qoyun quyruğu - 60q, cəfəri - 18q, sumaq - 3q, duz.

Qara ciyər pərdələrdən təmizlənir. 30-40 qr çəkidə doğranır . Qoyun quyruğu 1015 qramlıq tikələrə doğranır və növbə ilə qara ciyərlə şişə taxılır. Manqalda qızartmazdan əvvəl qara ciyərə duzlu su çilənir. Hazır kababın üstünə göyərti və sumaq səpilir.



Həvəskar Kababı


Qoyun əti - 330q, baş soğan 0 60q, göy soğan - 40q, cəfərireyhan 0 10q, sumaq - 3q, və ya nar şərab - 5q, duz, istiot

Hazırlanma qaydası tikəkababda olduğu kimidir. Burada qoyun cəmdəyi belinin qabırğa hissəsindən qabırğa sümükləri ilə birlikdə 5-6 tikə ət kəsir və şişə taxıldıqda həmin tikçələrin üstü bir tərəfə baxmalıdır. 


Tava Kabab


Qoyun əti - 220q, ərinmiş yağ - 30q, baş soğan - 40q, yumurta - 2əd., şəkər - 5q, sirkə - 10q, keşnişşüyüd - 25q, duz, istiot. Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir.

Qoyun ətinin yumşaqhissəsi soğanla ətçəkən maşından keçirilir, istiot v ədu vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababına kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.


Kartof Kababı


Kartof - 350q, qoyun quyruğu - 60q, göy soğan - 40q, cəfəri - 10q, duz, istiot.

Kartof soyulur, iriləri 40-50 qram çəkidə doğranır və qaynar duzlu suda pörtülür (15020 saniyə). Qoyun quyruğu 15-20 qram çəkidə doğranır, növbə ilə kartofla şişə taxılır və manqalda qızardılır. Hazır kababın üstünə göyərti səpilir.

 

 

Mənbəə : Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Nazirliyi