Sağlam olmayan ailə göstəriciləri

 

Sağlam ailə və evliliklərdə müsbət istiqamətdə inkişaf etdirilmiş bacarıq, əlaqə və duyğular bu tip sağlam olmayan ailələrdə inkişaf etməyib. Ailə birliyini və bütünlüyünü təmin edən və ailə fərdlərini dəstəkləyən şərtlər qeyri-kafi olduğundan, əksəriyyətlə ictimai və mədəni bəzi məcburiyyətlər səbəbiylə yoldaşlar eyni evi paylaşmağa davam etmək məcburiyyətindədirlər. Belə bir ailə içərisində fərdlər sağlam olmayan bir əlaqə və paylaşma dövrü içərisində hərəkət edirlər.

 

Sağlam Olmayan Ailə Göstəriciləri aşağıdakı kimi sadalana bilər:

 

•  Ailə içində ailə bütövlüyünə və sağlamlığına zərərli əlaqə formaları istifadə edilməyə başlanar.

•  Üzvlər müdafiə olma səbəbiylə səhv düşüncə formalarını daha çox istifadə etməyə başlarlar.

•  Qarşıdurmalar yayılar, problemlərə həll tapmama artar.

•  Ailə üzvlərinin bir-birlərinə qarşı olan etibarları, xoş davranışları və anlayışları azalar.

•  Bir-birlərinə qarşı olan sevgi, mərhəmət duyğularının yerini, hirs, nifrət, dözümsüzlük və küsmə duyğuları alar.

•  Qaydalara və normalara əməl etmə istəyi və bacarığı azalar.

•  Problemlərin əsas səbəbləri unudular, maraqsız səbəblərə və vəziyyətlərə yönəlmə baş verər.

•  Fərdlər gedərək bir-birlərindən romantik olaraq uzaqlaşarlar.

•  Sevgi və paylaşma əlaqələrinin yerini köləlik və asılılıq əlaqələri ala bilər.

•  Problemlərin həlli ailə içində axtarılmaq yerinə, çöldə, işdə, spirtdə, evlilik xarici əlaqələrdə axtarılmağa başlanar.

•  Ailə fərdlərinin davranışı, ruhi tarazlıqları gedərək pozular.

•  Problemlər və qarşıdurmalar artdığında və uzun müddət həll edilə bilmədiyində, ailə üzvlərində, xüsusilə uşaqlarda davranış və uyğunlaşma problemləri və ya psixiatrik problemlər ortaya çıxa bilər.

•  Ailə bütünlüyü və evlilik dağılmağa və parçalanmağa doğru gedə bilər.

 

M.Lənkəranlı / www.azerbaycaninsesi.com