İslamda Cinsi Əlaqə

 

Bu mövzu başlıbaşına bir kitab və araşdırma mövzusu olduğundan, biz bu mövzuda bəzi tərəddüdlü ya da əhəmiyyətli nöqtələri vurğulayacağıq.

Bu mövzuda heç unudulmaması lazım olan ən əhəmiyyətli nöqtə, insanın yaradılış məqsədidir. Insan Allah'ın ucalığı qarşısında öz acizliyini qəbul etməsi və hər hərəkətini Allah'a qulluq olaraq etməsi üçün yaradılmış bir varlıqdır. Elə isə yeməsi, içməsi, geyinməsi, yatması və qalxması kimi, cinsi əlaqəsi də ibadət olaraq edilməlidir. Müsəlman nəsili yetişdirmək məqsədiylə edilən qanuni bir cinsi əlaqə ibadətdir və insana zövqlə bərabər savab da qazandırar.

İnsan, arzu və şəhvətinin əsiri olub, sırf zövqü üçün yaşamamalıdır. Bu, ondakı heyvani gücləri inkişaf etdirər və insanı alçaldar. Halbuki, bütün zövqlər kimi cinsi əlaqə zövqü yaradılmış insana Allah'ın bir hədiyyəsidir. Allah, insandan, nəsilini davam etdirməsini istəyib və bunu Allah'ın istədiyi istiqamətdə etməsi halında ona cənnət vəd etmişdir. Bir məqsədə çatması istənən insana, könül əyləndirmə növündən çərəz təqdim edilmiş və əsl ziyafətin sonda olduğu bildirilmişdir.

Bizi isə bu məqalədə maraqlandıran əsas mövzü cinsi əlaqədəki haram və halal ünsurlardır. Bu mövzuda əsas olanları açıqlayıb və bu əsaslar xaricində olanları öz öhdənizə buraxırıq!

Evli olan qadın və kişi arasında toxunma və baxma mövzusunda haram olan əlamət yoxdur. Çünki, bu davranışlar cinsi əlaqənin həzzini artırar. Tutma, toxunma mövzusunda haram olan davranış yoxdur. Qarşı cinslər bu hərəkətləri elədikləri zaman, onlar bir-birlərini təhrik edərlər, bu da savabdır.

Xanımı ilə əlaqədə olan kişinin onu tanışı olan başqa gözəl bir qadın deyə xəyal etməsi haramdır. Çünki bu, suyu şərab olaraq düşünüb içməyə bənzəyir.

Cinsi əlaqədə istifadə edilən kremlər, ya da yağlanıldırıcıların halal olmadığını göstərən bir dəlil yoxdur. Ancaq bu yoldaşlara tövsiyə edilməyəcək bir vəziyyətdir. Çünki, Allah bu iş üçün təbii nəmləndirici yaratmağa laqeyd yanaşmamışdır.

Cinsi əlaqənin qadağan edilən, ya da tövsiyə edilən bir şəkli yoxdur. Yoldaşlar, hansı növ əlaqə şəklindən zövq alırlarsa onu tətbiq edərlər. Bu onların özlərinin qərar verib seçəcəkləri şəkillərdir. Amma üzərlərinin örtülü olmasının islami bir ədəb olduğunu vurğulamaq lazımdır. Çünki "Allah utanmağa ən layiq olandır".

Arvadına arxadan yaxınlaşmaq və oradan cinsi əlaqədə olmaq çox çirkin bir hərəkətdir və haramdır. Bu, insanın təbiətinə, şərəf və qüruruna ziddir.

Kişinin, şəhvətini oyandırmaq və həzz almaq üçün, əliylə öz özünü təmin etməsi halal buyurulmamışdır. İslam alimlərinin bəziləri bunu yüngül, bəziləri də ağır olaraq dəyərləndirmişdir. Ancaq kişinin yanında arvadı yoxdursa, ya da evli deyilsə, haram işləmə narahatlığı varsa, özünü boşaltmanın və bunu adət halına gətirməmək şərtiylə caiz olduğunu söyləyənlər var. Hətta, ciddi olaraq haram işləmə narahatlığı varsa və bu yolla buna maneə olunacaqsa, bunun vacib olduğunu söyləyənlər də var. Ancaq Peyğəmbərimizin bu mövzudakı tövsiyəsinin, şəhvəti oruc tutmaqla yatırmaq olduğu unudulmamalıdır. İnsan bu yolla həm haramdan xilas olacaq həm də savab qazanacaq. (Bu mövzüya "Mastrubasiya və Onun zərərləri" başlıqlı məqaləmizdə daha geniş yer vermişik).

 

Kişinin əli vs. şeylərlə özünü təmin etməsi caiz olmadığı kimi, qadının da bu yolla təmin axtarışı caiz deyil. Kişi, arvadının əli ilə ya da bədəninin digər yerləri ilə təmin ola biləcəyi kimi, arvadını da bu yolla təmin edə bilər.

Xəstəlik, zəiflik və gücsüzlük kimi səbəblə cinsi əlaqəyə dözə bilməyən və buna görə istəməyən qadınla əlaqədə olmaq haramdır. Bu vəziyyətdə bir müddət gözləmək məqsədəuyğundur.

"Quran-i Kərim" olan otaqda cinsi əlaqədə olmanın qorxusu yoxdur. Çünki müslümanlann evlərində ümumiyyətlə "Quran-i Kərim" olur. Ancaq Allah"ın kəlamına qarşı hörmət edildiyini göstərmək üçün "Quran-i Kərim"in örtülməsi məqsədəuyğundur.


Əlaqəyə başlamadan "Bismillah" çəkmək, cinsi əlaqənin ədəblərindəndir.

Kişi qadınını əlaqəyə çağırdığında, arvadının bunu üzrsüz olaraq rədd etməsi, caiz deyil. Hətta özəl gününün olması da bir üzr deyil. Çünki əri onun, özəl günündə haram olan bölgəsi xaricində bir yerindən faydalana bilər. Bu mövzuda xüsusilə qadının kişisinin istədiyinə əməl etməsi, kişinin, qadından daha səbirsiz olduğundandır. Qadının da yoldaşından əlaqə istəmə haqqı var.


Yoldaşların, zərurət olmadıqca cinsi əlaqələrini başqalarına izah etmələri haramdır. Əmzikli qadınla cinsi əlaqədə olmaq caizdir. Bir qadını görərək şəhvəti oyanan kişinin, dərhal arvadı ilə cinsi əlaqədə olmasə və nəfsini yatırması caizdir.

Cinsi əlaqədə xüsusilə diqqət yetirilməsi lazım olan nöqtələrdən biri də, təmizliyə diqqət yetirməkdir. Mümkünsə əlaqədən əvvəl yoldaşların xarici orqanlarını yumaları yaxşı bir davranışdır. Çünki təmizlik islamın əsas təməllərindəndir. Mikrobların, əlaqə yoluyla qadının rəhminə çatıb, müxtəlif xəstəliklərə səbəb ola biləcəyi, ya da mövcud xəstəlikləri artıra biləcəyi heç unudulmamalıdır.

Cinsi gücü artıracaq qidalar yemək təhlükəli deyil.

Cinsi əlaqənin nə olduğunu biləcək qədər böyük uşaqların olduğu otaqda, hətta onlar yatarkən də əlaqədə olmaq caiz deyil.

 

M.Lənkəranlı / www.azerbaycaninsesi.com