|

Evlənmə istəyi üzərinə verilən sözə nişanlanma, edilən mərasimə nişan deyilir. Nişan mərasimi nigah sayılmaz. Evlənəcək qızla oğlanın bir-birini daha yaxşı tanımaları, əskiklərin tamamlanması, təhsil və əsgərlik kimi bir qisim maneələrin aşılması, rəsmi bəzi işlərin tamamlanması, müəyyən bir zamana ehtiyac duyar. Yəni söz kəsilər kəsilməz, dərhal nigah etmək çox vaxt mümkün olmaz. Verilən bu sözlə nigah arasında keçən bu dövrə "nişanlılıq" deyilir. Ərəbcədə "xütbə" sözüylə ifadə edilən bu ifadə, lüğətdə; qız istəmək, söz vermək, söz kəsmək və nişanlanmaq mənalarını verər.
İslamda, ömür boyu birlikdə yaşayacaq olan yoldaşların, evliliyə qərar vermədən əvvəl lazım olan tədbirləri alması, yaxşı düşünməsi və bunun üçün də evlənəcəklərin görüşməsi adət halına gəlmişdir. Ancaq nişanlıların nigahdan əvvəl bir-birlərinə haram olduqlarından ötəri, görüşüb danışmaları, birlikdə gəzmələri caiz deyil. Çünkü bu nişanlılığın bitməsi durumunda, əsasən də qız tərəfinin bəzi itgiləri ola bilər. Bunun üçün də görüşmələr ailələrin dəstəyiylə ailə daxilində baş verməsi daha məqsədəuyğundur.
Evlənəcək yoldaşların daha əvvəldən bir-birlərini görmələri mümkün və caizdir. Baxılacaq yerlər əllər, üz və ayaqlardır. İslam dini nişanlılıq (söz vermə) mərhələsi ilə əlaqədar bəzi hökmlər gətirmişdir. Buna görə, qadın, istəyən oğlan tərəfinə müsbət cavab vermiş, söz kəsilmiş, nişan edilmişsə, artıq bu qadına bir başqa kişi elçi göndərə bilməz. Peyğəmbər (s.ə.v) bu mövzuda belə buyurmuşdur: "Sizdən biriniz din qardaşının nişanlılığı (söz verməsi) üzərinə elçi göndərməsin. Təklif qadın tərəfindən rədd edilmişsə, bu təqdirdə ikinci bir istəyə caizdir. İlk təklif sahibi, ikincisinə icazə vermişsə, bu təqdirdə ikinci təklif sərbəstdir.
İslam hüququ, nişanlıları evlənməyə məcbur etməmişdir. Ancaq qanuni bir səbəb olmadan nişanı pozmaq haram sayılmışdır. Nişanın pozulması halında, nişanlıların bir-birlərinə verdikləri hədiyyələrə gəlincə... Bu mövzuda hədiyyədən dönmə hökmləri tətbiq olunaraq, bunlar mövcudsa eyni ilə qaytarılar. İstifadə edilmiş və artıq mövcud deyilsə qaytarılması lazım deyil. Bəzi məzhəblərə görə, hədiyyələr qalıbsa eyni ilə, istifadə edilmiş və yox olmuşsa əvəzi olan bir şey qaytarılar. Bəzən diyarın ənənəsinə uyğun da ola bilər. Kişi nişanı pozmuş olsa da, qadın verilən hədiyyələri qaytarmaq məcburiyyətində deyil.
M.Lənkəranlı / www.azerbaycaninsesi.com
|