Vətənimizdən güşələr

No images

Sponsorluq

M.Ə.Rəsulzadə

 

   "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarıyla bərabər, bizlərə ilk müstəqil respublikamızı da bəxş edən Məmməd Əmin Rəsulzadəyə bu gün dəyər verilirmi? Təbii ki onun ruhunu şad edənlərimiz var. Amma etməyənlərimiz də çoxdur. Müstəqillik bayramı kimi qeyd etdiyimiz 28 may tarixi onun adıyla bağlı olaraq yaşayır. Və onu sevənlərin qəlbində də, bu tarix daima məhz onun adıyla yaşayacaq! Adı çəkilən bu dahinin kitablardan, ekranlardan silmək olar, amma düşüncəli heç bir yaddaşdan silmək olmaz! Bütün bu mövzulara Bəxtiyar Vahabzadə, "M.Ə.Rəsulzadənin Xatirəsinə" adlı şerində çox gözəl toxunur. Həmən o şer aşağıda mövcüddur.

 

Qısaca, Məmməd Əmin Rəsulzadə'nin Tərcümeyi-halı

 

Tarixdəki ilk türk respublikası olan Azərbaycan Respublikasının qurucusu Məmməd Əmin Axun Hacı Molla Ələkbər oğlu Rəsulzadə, 31 yanvar 1884 cü ildə Bakının Novxanı kəndində dünyaya göz açmışdır. Rəsulzadə ilk addımını məhz 19 yaşında, jurnalist olaraq atmışdır. Daha sonra 1905 ci ildə isə siyasət həyatına başlamışdır. Çarlıq rejiminə qarşı bir dərnək quran Rəsulzadə, basqılara məruz qalınca Türkiyəyə qaçmışdır. Daha sonra əhv çıxdıqdan sonra yenidən Bakıya qayıtmışdır. 1917 ci ildə "müstəqil Azərbaycan" fikrini irəli sürən 'Müsavat Partiyasının' sədri olmuşdur. 1918 ci il 28 may tarixində isə Azərbaycan Respublikasını quraraq özü bu dövlətin başına keçmişdir. O zamankı müstəqil respublikamız iki il davam etdi. 1920-ci ildə 'Qırmızı ordu' Azərbaycanı işğal edincə Rəsulzadə həpsə alınmışdır. Rəsulzadənin həbs xəbəri Stalinə çatdırılmış və Stalin Bakıya gələrək onu həpsdən azad etmişdir. Azad olunan Rəsulzadə Almanyaya üz tutdu. İkinci dünya müharibəsində Almanya məğlub olunca yenidən Türkiyəyə qayıdıb Ankara şəhərinə yerləşdi. 6 mart 1955 ci ildə isə vəfat etdi. Məzarı Ankara şəhərindədir. Çox sağolsun ki Türkiyə Respublikası rəsmi heyəti ki, 28 may tarixini qeyd edirlər. Hətta o tarix ilə bağlı olaraq Ankara şəhərində bir küçə məhz "28 mayıs" olaraq adlandırılır.

M.Ə.RƏSULZADƏNİN XATİRƏSİNƏ

Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
                       Sən öz canını qoydun.
Borclu ikən Vətən sənə, xalq sənə
Hər şey döndu tərsinə.
Bu torpaqdan verəmmədik
                       Bir məzarlıq yer sənə.

Zamana bax! Bu torpağı
                      Bir“sağ ol”a satana,
Xəyanətin kölgəsində
                      rahat-rahat yatana
Bu milləti ölümlərlə
                      imtahana çəkənə
Məmləkəti başdan-başa
                     talayana, sökənə
Heykəllər ucaltmışıq.
Özümüzü bəyənməyib
“Beynəlmiləl” laylasına yatmışıq.
Yatdığımız bəs etməzmi?
                     Ayılaq bir, görək bir
Xeyir nədir, şər nədir?
Riyalara,boyalara
                     yetmiş ildir uymuşuq.
Gör kimin əvəzinə
                    kimə heykəl qoymuşuq.
Ancaq ana təbiətdə
                    Bir əzəli qayda var:
Bünövrəsi eşq olmayanın
                    Tunc olsa da tez uçar.
Heykəl-məzar!
Biri- zora söykənibdir
Biri-haqqa, şərəfə!
Davamlıdır
                   qəlbimizə köçüb gələn o məzar.
Postamenti nifrət olan
                   yüz heykəldən yüz dəfə!

Bəxtiyar Vahabzadə 28 may, 1990