|
 Çoxlarımızdan Azərbaycan haqqında soruşsalar! Cavablarımız eyni olacaq. Yəqin ki, əksəriyyətimiz “Xəzər dənizi sahilində, sahəsi 86,6 min km² , əhalisi 8 milyon və coğrafi quruluş cəhətdən Qartala bənzər bir dövlətdir” cavabını verərik. Halbuki, bu cavabı verən bizlər barmaqlarımızla sayılacaq qədər tariximizi biraz keçmişə aparsaq “Azərbaycan haradır?” sualına daha geniş və əhatəli cavab verməmiz gərəkdiyini görəcəyik. O zamanki Qartalın bu günkü qartaldan nə qədər daha böyük, daha qüvvətli olduğu danılmazdır. İndiki Qartal yarımcan və qanadları qırılmış vəziyyətdədir. Amma bizlər nədənsə bu mövzuları müəyyən zamanlarda saatlarda yadımıza salırıq. Və zamanla da əzəmətli qartalı daxilən sarsıdan, onu məhv edənlərlə dost olmaq yolunda çalışmışıq və çalışırıqda... Bu qürurumuza toxunan məsələləri ilk öncə Azərbaycanda yerləşən 8 milyon Azərbaycanlının beyninə həkk etməli, bir yerdə düşünməli və bu düşüncələrimizi 30 milyondan çox olan Azərbaynaclılara çatdırıb bir yerdə hərəkət etməliyik. Bax o gün, Qartalımız kəşf edilməyən yüksək zirvələri qət edəcək. Bunun fərqində olmalıyıq və buna inanmalıyıq !!!
|