Vətənimizdən güşələr

No images

Sponsorluq

Adət-ənənələr

 

   Birinə "Adət-ənənələrimiz itir" deyəndə, "muasirləşirik də!" cavabını alırıq. Hətta bir çoxları bu cavabı verir. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur. Amma onlar hələ də taxta çöp parçaları ilə yeməklərini yeyirlər. Müasirlik, onların adət-ənənələrinə heç də təsir etmir. Birdə Azərbaycana baxaq! "Müasirləşirik də" cavabını verənlər, oralarda olsaydılar yenə də belə düşüncəsiz cavab verəcəkdilər? Bəlkə də çoxlarının beynində elə bir forma yaranıb ki, güya öz adət-ənənələrinə əməl edənlər geridə qalmış kimi sayılır. Bunu düşünən insan elə məhz özü geridə qalandır. Başqalarının adət-ənənələrini qavramaq, insanı geridə qalmış kimi göstərir. Əsasi odur ki gərək öz ənənələrini özgə birilərinə tanıtdırasan. Bax o zaman irəli sayılırsan. Başqalarına adət-ənənələrimizi tanıtdırmaq bir yana, vətənimizin sərhədləri daxilində adət-ənənələrimizə əməl edənlər azdır.

   Bizə xas olan musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, geyim tərzlərimiz və bir çox adət-ənənələrimiz artıq yaşanmır günümüzdə. Bunun da günahı özümüzdən başqa heç kəsdə deyil. Ötənlərdə Avroviziya musabiqəsi keçirildi. Ora çıxıb bizi təmsil edənlər bizə xas olmayan hər şeyi sərgilədilər o səhnədə. Görəsən özümüzə xas oxuyub oynasaydıq pis olardı? Yoxsa utanırıqmı öz adət-ənənələrimizi özgə birinə tanıtmaqdan? Həmən utananlar başqalarından görüb götürməsinə niyə utanmır?

   Bu gün adət-ənənələrimiz əsasən şəhərlərdən uzaq bölgələrdə, dağ ətrafı zonalarda yaşayır. Bir oralara şəhərdə getsək, şəhərdə görmədiklərimizlə qarşılaşarıq. Oralardakı qonaqpərvərlik, yaşayış, baxış tərzi, milli mətbəx yeməkləri, abırlı heyim tərzi  əsl Azərbaycan'ı xatırladır insana. Amma onlara geridə qalmışlar kimi baxanlar var. Həmən özünü irəli getmiş kimi görən şəxslər səhv yolda irəliləyirlər. Bütün bunların səbəbi dərin düşünməməkdən, özünü zəif görməkdən, görünüşə aldanmaqdan savayı heçnə deyil. Bu zəif düşüncə mövzüsuna "Problemlərimiz" bölməsi altında yerləşən, "Zəif Düşüncə" başlığı altında daha dərin toxunmuşuq!

   Gəlin itirdiklərimizin elə bu gün fərqində olaq və onların qarşısına keçək. Bir millətin özgələrindən fərqini vurğulayan ən önəmli xüsusiyyətlərdən biri, milli mədəniyyətidir, adət-ənənələridir! Yoxsa belə getsə, sabah "Mən Azərbaycanlıyam" sözünün başqaları üçün bir mənası qalmayacaq. Bizləri də özlərindənmiş kimi biləcəklər!