| Aylarin 28,29,30,31 gün fərqliliyinin səbəbi |
|
Bu ay adlarından Quintilisdən (İyul), Decemberə (Dekabr) qədər olanlar, 5, 6, 7, 8, 9 və 10 rəqəmlərinin Romalılarca tələffüz ediliş şəkli idi yəni, Mart başlanğıclı təqvimə görə bu aylar ilin 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, və 10-cu ayları idilər. Bu 10 aylıq təqvim geridə hesaba qatılmamış daha 60 gün buraxırdı. Ehtiyat olaraq buraxılan bu 60 gün problem yaradınca, Janarius (Yanvar) və Februarius (Fevral) adları ilə iki ay daha əlavə olunaraq təqvim tamamlandı. Yəni ilin ilk ayı Martius (Mart), son ayı isə Februarius (Fevral) oldu. Əsrlər sonra eramızdan 46 il əvvəl Roma İmperatoru Julius Caesar (Sezar), ehtimalla siyasi səbəblərdən təqvimdə bəzi dəyişikliklər etdi. On bir ayı 30 və 31 gün olaraq iki şəkildə təşkil etdi, ilin son ayı olan Fevrala 29 gün verdi, hər dörd ildə bir Fevrala bir gün əlavəsini qəbul etdi. Ancaq sonra səbəbi bilinmədən Janairusu (Yanvar) ilin ilk ayı olaraq elan etdi. Belə olunca da, hər 4 ildə bir əlavə olunacaq bir günün, yeni vəziyyətdə ilin ikinci ayı mövqesinə gəlməsinə baxmayaraq Februariusa (Fevral) əlavə olunulmasına davam edildi. Julius Caesarın gözlənilməyən ölümündən (Brütüs hadisəsi!) sonra, Romalılar bu çox sevdikləri imperatorlarının xatirəsinə Quintilis (İyul) ayının adını July olaraq dəyişdirdilər. Ondan sonra taxta çıxanlardan, Augustus öz şərəfinə, Sex-tilis (Avqust) ayının adını öz adı ilə dəyişdirərək, bu aya August adını verdi. Amma ortaya başqa bir problem çıxmışdı. Sezərin ayı 31 gün, Augustusun ayı isə 30 gün çəkirdi. Problemi yenə imperatorun özü həll etdi və 29 gün olan Fevraldan bir gün daha götürərək Avqusta əlavə etdi. Beləcə iki ay da bərabərlənmiş oldu. Sizə təqvimin, nə üçün 12 ay olduğunun, ayların adlarının necə qoyulduğunun və nə üçün fərqli ədəddə günlərdən meydana gəldiklərinin, dörd il sonra əlavə olunacaq artıq günün nə üçün ilin sonuncu deyil də, əlaqəsiz bir şəkildə ikinci ayına əlavə olunduğunun kiçik bir hekayəsidir bu mətn. Xüsusilə orta əsrlərdə təqvimlər üzərində o qədər oynanmışdır ki, edilən elmi hesablamalara görə, İsa'nın bu gün qəbul edilən eradan, yəni İsa'nın doğumundan təxminən 6 il əvvəl doğulduğu, 36 il yaşayıb eradan sonra 30 ilində öldüyü irəli sürülməkdədir.
|
Romalılar eramızdan 758 il əvvəl 10 aylıq təqvim tətbiqinə başladılar. Bu ilk original Roma təqvimində aylar, gündüz və gecənin bərabər olduğu, minlərlə ildir həyatın başlanğıc zamanı olaraq qəbul edilən Mart ayından başlamaq üzrə, Martius (Mart), Aprilis (Aprel), Maius (May), Junius (İyun), Quin-tilis (İyul), Sextilis (Avqust), September (Sentyabr), October (Oktyabr), November (Noyabr) və December (Dekabr) idi.