|
Bakirəliyini sata bilmədi |
|
Kollec pulunu qarşılamaq üçün bakirəliyini internet üzərindən hərracla satışa çıxaran və böyük müzakirə yaradan Rumıniyalı "Əlinə Percea" hədəfinə çata bilmədi. Hərrac dünən gecə sona çatarkən, qiymət təklifi 10 min paundda qaldı. Almaniyada kollecdə oxuyan Əlinə məktəb xərclərini qarşılamaq üçün bakirəliyi qarşılığında 50 min paund istəyirdi. Əlinənin köhnə bir müəlliminin, gənc qızın bakirə olmadığını qarşıya qoyması üzərinə hərraca maraq azalmışdı, təklif qiyməti də düşmüşdü. Ancaq Əlinənin bakirə olduğunu isbat etməsi üçün həkimdən aldığı kağız üzərinə yenidən qiymət təklifləri gəlməyə başladı. Lakin, bağlanış qiyməti, Əlinəni məmnun etmədi. Gənc qız, "İlk cinsi əlaqəmin xüsusi olmasını istəyirəm və tələsik olmasını istəmirəm. Ən cömərd olduğunu isbat edən adam bütün bir həftə sonunu mənimlə keçirə bilər. Amma əgər səyahət etsək və bir oteldə qalsaq, bütün xərcləri qarşılaması lazıçdır" deyirdi. Əlinənin təklifi qəbul edib etmədiyi 'talehli' adam hələ bildirilmədi. Daha əvvəl də 21 yaşındakı Amerikalı bir gənc qız magisturatura pulu üçün bakirəliyini satışa çıxarmışdı və çox müzakirələrə səbə olmuşdu.
Famil Əhədli / www.azerbaycaninsesi.com
|