|
Qarın ağrıları şikayətiylə həkimə gedən 12 yaşındakı qız uşağı, evə körpəsiylə döndü. İngiltərədə 12 yaşında ibtidai sinifdə oxuyan bir qız uşağı ailəsini şok vəziyyətə salıb. Qarın ağrısı şikayətiylə ailəsi tərəfindən həkimə aparılan kiçik qız, qucağında bir körpə ilə evinə döndü. 12 yaşındakı qızın körpəsini doğurana qədər hamiləlik heç ağlından keçməyib. Hamilə olduğunun fərqinə heç çatmadığını ifadə edən qız, bir il əvvəl oğlan yoldaşının evində bir gecə keçirdiyini söylədi. 11 yaşında hamilə qalan qızın, İngiltərənin ən gənc anası ünvanını qazandığı açıqlandı. İngiltərə dünyada gənc yaşda uşaq sahibi olan analar sıralamasında ikinci sıradadır.
Famil Əhədli / www/azerbaycaninsesi.com
|