Vətənimizdən güşələr

No images

Sponsorluq

Vətənimizin problemləri nələrdir ?

 

   Adından məlum olduğu kimi bu bölmədə Azərbaycanın içində olduğu problemlər yer alır. Amma biz "Azərbaycanın nalə səslərini duyurmağa çalışan gənc kadrlar olaraq", bu bölməni açmaqda məqsədimiz, problemlərimizə qarşı qəlibləşmiş ifadələri işlətmək deyil. "Problemləri sadalamağın" və ya "sadəcə birilərini hədəf seçib onları itdiham etmək yollarının" çox asan bir vəzifə olduğunu bilirik.

   Biz daha çox Azərbaycanımızda birinin görüb digərinin görə bilmədiyi bir çox problemlərin hər bir vətəndaş tərəfindən dərk edilməsinin və belə bəlalardan qurtulmaq üçün görə bildiyimiz çıxış yollarının göstərilməsinin tərəfindəyik ! Ən əsası itdiham edilməsi gərəkən yerlərdə də, itdihamlarımızı əskik qoymayacağıq. Nə də olsa bu problemlərin həll olunması ilə, "sonunda qazanacaq olan öz doğma vətənimizdir" fikrini daşımaq bizim ideyamızın saflığını bir daha vurğulamış olur.

   "Problemlərimiz nədir? Mən heç bir problem görə bilmirəm! " deyənlər, "Kategoriyalar" bölməsində yerləşən "Problemlər" alt başlığı altında bizlərin görə bildiyi bir qisim problemlərlə tanış ola bilər.

   İstər görünən bu problemlərin, istərsə də görünməyən bir çox problemlərin çıxış yollarının "görülməsi, tapılması və seçilməsində" sizləri özümüzə həm fikir görmək istəyirik. Bu həmfikirliyin yaranması üçün etməniz gərəkən çox bəsitdir. İnternet səhifəmizin sağında yerləşən "Qeydiyyat Bölməsindən" qeyd olunub, və daha sonra istədiyiniz problemlərə şərh edərək bu problemləri və onların çıxış yollarını müzakirə zəmininə yatırmaq. Və ən əsas vəzifəmiz, müzakirələr sonucunda ortaya çıxan "saf, təmiz" fikirləri ətrafımızdakılara çatdırmaq. Çünkü bu gün yaşadığımız torpaqlarda sabah bizim doğma övladlarımız yaşayacaq. Onlara poblemlərlə dolu bir ölkə buraxmaq yəqin bizlərə yaraşmayan əlamətlərdəndir !!!

 
Təhsilimiz

 

   Azərbaycanın ən böyük problemi deyilən zaman, ağıla gələn tək fikir var. Qarabağ problemi! Doğrudur, Qarabağda itirdiklərimiz çox acınacaqlıdır. Qarabağımızı dünən əlimizdən alıblar, amma sabah biz onu geri qaytaracağıq. Bəs elm, təhsil necə? Bütün gələcək sabahlarımızın əmanət ediləcəyi şagirdlərimizə, tələbələrimizə bu gün bir şeylər öyrədilirmi? Onların sabah Azərbaycan üçün nə qədər önəmli olduqları deyəsən gözlərdən qaçıb.  İstər elmi cəhətdən, istər sə də tərbiyə cəhətdən bu günkü təhsil ocaqlarımızın çoxu bərbad vəziyyətdədir.

Davamını oxu
 
Kütləvi axın

 

   Azərbaycanın problemləri arasında kütləvi axını da göstərmək mümkündür. Bu gün Azərbaycanda kütləvi axının 2 növü mövcuddur. İlk olaraq vətənimizin içində olan kütləvi axın. İkincisi xaricə vətəbdaşlarımızın axını. Vətənin içində olan axın, insanların Bakıya doğru meyilli olmasıdır. Bu da tək mərkəziləşmə ilə də əlaqələndirilə bilər. Bu gün Bakıda nə qədər başqa rayon camaatı vəya qaçqınlar var. Onların Bakıya gəlməsində bir çox səbəblər var. Kimi pul qazanmağa gəlir, kimi da başqa şeylərə görə. Hər şeyin gözəlinin məhz Bakıda yaradılması, insanları ora cəlb edir. Və bu axın nəticəsində Bakının, Bakılığı itmək üzərədir.

   Kütləvi axının başqa növləri də var. Xarici ölkəyə axın edən kişilər və ya qadınlar. Bilindiyi kimi ölkəmizdə işsiz insanlarımız həddən artıq səviyyədədir. Bu işsizlik məsələsinə "Problemlər" kateqoriyasının, "İşsizlik" bölməsində daha aydın toxunmuşuq. 

Davamını oxu
 
KİV & Cəmiyyətimiz

 

   Kütləvi informasiya vasitələrinin cəmiyyətimizdə böyük rolu var. Bu vasitələrdən ən çox rolu olan isə televiziyadır. Müasir dövrü onsuz təsəvvür etmədiyimiz internet. Daha sonra mətbuat orqanları. İnformasiya sözlə ifadə olunur. Televiziya bunu həm ifadə edir həm də göstərir. Mətbuat isə bunu yazılı formada cəmiyyətə təqdim edir. Bəs sadalanan bu vasitələrin bizə yararları nə qədərdir?

   Bu sualin cavabını vermədən bəzi şeylərə diqqət edək. İlk olaraq televiziyamıza nəzər yetirək. Bu günkü televiziyamız bizə nə göstərir? Göstərilənlər bizə bir şeylər öyrədirmi? Əlbəttə öyrədir. Amma özlərini ulduz sayanların həyatlarını, yaşayış tərzlərini və bir çox əhəmiyyətsiz verilişlərli göstərərəkdən bizlərə nələri öyrətdiyini hələ də bilmirik.

Davamını oxu
 
Korrupsiya

 

   Korrupsiya! Rüşvətin müasir və daha təkmilləşmiş forması olan korrupsiya bizim ən yaralı yerlərimizdən biridir. Çox təəssüflər olsun ki, bizlərdə bu adi hal almışdır. "Əl əli yuyar, əl də üzü" bu ifadə isə rüşvət adlı bəlanın devizi sayıla bilər.  Bəs bu əməllərin, onu alan günahkar əllərin axırı nə olacaq? Yəqin cavabı ilə əzabı o dünyadadır. Çünkü Azərbaycanda bu əllərin fəaliyyəti qarşısı alınmayacaq qədər inkişaf edib. Üstəlik hər sahə də. Elm-təhsil, səhiyyə, idarə orqanları və başqaları.

   Bəlkə də bu insanların bir çoxu "rüşvət almasam dolana bilmərəm" fikriylə bu əməli törədirlər. Bunu düşünən o insan, "halal pulla qurulan daxmanın, haram pulla qurulmuş və üstəlik hasara alınmış imarətdən" fəlakətlərə qarşı daha davamlı olduğunu düşünürmü? Çünkü halallıq ve doğruluqdan həmişə olduğu kimi, "Allah" (c.c) öz rızasını və nəzarətini əsirgəmir. Fəlakət sözü təbii fəlakətləri ifadə etmir. İnsan övladının başına gələ biləcək bütün fəlakətləri əhatə edir. Yəqin öz cibini düşünmək Allah’ı da unutdurub onlara.

Davamını oxu
 
Zəif düşüncə və məişətdəki təsirləri

 

   İnsanların heyvanlardan ən böyük fərqi düşünə bilmə qabiliyyətlərinin olmasıdır. Bu cümləni hallandırmazdan əvvəl, "Zəif düşüncə nədir?", sualını biraz aydinlaşdıraq! Zəif düşüncəyə, "düşüncəsiz əməllər etmək" vəya "düşünməmək" təriflərini vermək olar. Bir çox Azərbaycanlılara baxaraqdan isə, bu tərifi daha da genişləndirmək olar. Məsələn, "Əcnəbi dilləri öz ana dilindən üstün tutub o dillərdə danışanlar vəya danışmağa cəhd edənləri", "ekranda, efirdə gördükləri boş-boş simaları özünə ideal seçib, onlar kimi geyinib, davranış sərgiləyənləri", "xarici vətəndaşları öz millətindən üstün tutanları", "kimlərəsə oxşamaq vəya kimlərəsə xoş təsir edəcəyini düşünüb özündə, görünüşündə Azərbaycanlıya yaraşmıyacaq dəyişikliklər edənləri" göstərmək olar. Bunların səbəbi düşüncənin zəifliyindən vəya düşüncənin heç olmamasından qaynaqlanır.

Devamını oku...