Vətənimizdən güşələr

No images

Sponsorluq

Zaman ötdükcə unudulanlar !

 

   Nələri unuduruq? Tariximizi, Qarabağda həlak olan şəhidlərimizi, adət-ənənələrimizi, mənəviyyatımızı və "Azərbaycanlı olmağın fərqini" digərlərindən vurğulayan bir çox xüsusiyyətlərimizi. Bəlkə də unudmuşuq, amma fərqində deyilik. Bütün bunların unudulmasının günahını birilərinə aid etmək heç də düzgün deyil. Hamımızın günahıdır desək daha doğru olar. Hər qarışı qızıl olan torpaqlarımıza, bizlər ədalətli davranmırıq. Belə getsə bu torpaqların ahı bir gün bizi tutacaq.

   Şəhidlərimizə hörmət qoymamaqla, müğənnilərin həyatını "Babəklərdən", "Rəsulzadələrdən" daha yaxşı bilməklə, özgələrinin adət-ənənələrini qavramaqla, mənəviyyatsızlaşmaqla hara doğru getdiyimizi heç düşünürük mü? Ata-babalarımızın qeyrətinə, namusuna bir zamanlar həsəd aparanlar tərəfinə doğru yol almışıq gedirik. Yəqin ki, bu əməllərimizə görə üstünə basdığımız torpaqlar bir gün bizdən imtina edəcək.

   "Xeyr biz heç bir şeyi unudmuruq. Qarabağ qan yaddaşımızdadır, mənəviyyatımız yerindədir" deyənlərə; "Unutduqlarımız" kateqoriyası altında yerləşən bölmələri oxumasını məsləhət görürük. Əslinə qalsa, unutduqlarımız saya gəlinməyəcək qədərdir. Amma biz bir qisimlərini bacardığımız qədər qələmə almışıq. Və zamanla da bir çoxunu sizlərlə bölüşəcəyik ! 

 
Biz və Tariximiz

 

   Əvvəla bir insanın tarixini öyrənməsi, bilməsi ona məktəblərdə göstərilən "Tarix" fənni ilə tamamilə bağlı olmamalıdır. Məktəblərdə gördüyümüz tarix dərsləri, bizə "tariximizi" mükəmməl şəkildə öyrətmək məqsədiylə yer alır. Amma bir insanın tarixini bilməsi onun gördüyü təhsilin səviyyəsindən aslı olmamalıdır. Tarixinin ümumi olan məlumatlarını bilmək, milli atributları başının tacı olaraq görmək hər bir vətəndaşın yaşadığı torpağa borcudur. Tarixin bilinməməsi, qavranmaması ilə çox hisslər bağlıdır. Bu gün Azərbaycanımızın bir çox yerlərində, vəya Bakının bir çox küçələrində milli atributlara qarşı bir hörmətsizlik edənlər olsa; həmən şəxs çox az insanın sərt təsiriylə qarşı-qarşıya qalar. Bu insanlar da tarixini bilənlər, millətini sevənlərdir.
Davamını oxu
 
Qarabağ

 

   “Qarabağ can Qarabağ, Ana yurdum” sətiri keçən mahnını hamımızın eşitdiyini söyləyəbilərik. Doğrudur, Qarabağ bizim yaralı yerimizdir. Amma bir tərəfdən də fikirləşmək lazımdır ki, görəsən Qarabağ bizdə olsa idi yenə də belə bəstələr tez-tez səslənəcəkdi? Yəqin ki, yox ! Niyə biz hələ də torpaqlarımıza olan həsrətimizi mahnılarda və müəyyən vaxtlarda dilə gətirməliyik ki? Ən başlıca problemimiz sayılan Qarabağ heç də bu hərəkətlərimizlə həll olunmayacaq.    Qarabağa həsr olunan bu bəstələrdən fərqli olaraq, “Unudmaq olarmı Borçalımızı?” və ya “Təbriz həsrəti” bəstələrimizin də bir zamanlar səsləndiyini bilirik. Amma o torpaqları və onlara həsr olunan şüarları tamamilə unuduruq sanki və hətta unudmuşuq. Həm də nə tez !   

Davamını oxu
 
Adət-ənənələr

 

   Birinə "Adət-ənənələrimiz itir" deyəndə, "muasirləşirik də!" cavabını alırıq. Hətta bir çoxları bu cavabı verir. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur. Amma onlar hələ də taxta çöp parçaları ilə yeməklərini yeyirlər. Müasirlik, onların adət-ənənələrinə heç də təsir etmir. Birdə Azərbaycana baxaq! "Müasirləşirik də" cavabını verənlər, oralarda olsaydılar yenə də belə düşüncəsiz cavab verəcəkdilər? Bəlkə də çoxlarının beynində elə bir forma yaranıb ki, güya öz adət-ənənələrinə əməl edənlər geridə qalmış kimi sayılır. Bunu düşünən insan elə məhz özü geridə qalandır. Başqalarının adət-ənənələrini qavramaq, insanı geridə qalmış kimi göstərir. Əsasi odur ki gərək öz ənənələrini özgə birilərinə tanıtdırasan. Bax o zaman irəli sayılırsan. Başqalarına adət-ənənələrimizi tanıtdırmaq bir yana, vətənimizin sərhədləri daxilində adət-ənənələrimizə əməl edənlər azdır.

Davamını oxu
 
Mənəviyyatsızlaşma

 

   Əgər bugunku tariximizi 10-15-il geriyə çəksək,O zamanların, bu günlərdən nə qədər abırlı olduğunu açıq şəkildə görə bilərik. Bu gün əxlaqsızlıq, mənəviyyatsızlıq, şüursuzluq, mədəniyyəstizlik qısaca insana yaraşmayan bütün hərəkətlər baş alıb gedir. Hamının dilində bir söz var, "Avropalaşırıq"!  Məncə buna avropalaşma yox, abırsızlaşma, şüursuzlaşma desək daha doğru olar. Birilərinin yaşayış tərzini seçməkdənsə, onlara öz yaşayış tərzini tanıtdırmaq daha gözəl bir davranışdır. Amma biz özünü zəif göstərmək yolunu seçmişik. Bu gün əxlaqsızlıq baş alıb gedib. Nələrdir bu əxlaqsızlıq əlamətləri? Daha çox qısa mətnlərlə əxlaqsızlıqları sizlərə aydın etməyə çalışacağıq!

Davamını oxu
 
Ramil Səfərov

 

   Bu günün tarixini (16.06.2008) nəzərə aldığımızda, "Ramil Səfərov" həbsxana həyatında 1579-cu gününə qədəm qoymuş olur. Onun bu zülmü çəkməsi, sadəcə "Azərbaycan" uğrunadır. Bəs niyə Azərbaycan hələ də ona yiyə durmaq niyyətində deyil? Niyə o adı biz yaşadmırıq? Bəlkə də bu internet dünyası olmasaydı, məndə Ramil Səfərov haqqında bir şey bilməyəcəkdim. Çünkü Azərbaycan üçün ömrünü qaranlıq otaqda çəkməyə qurban verən bu mərd oğul haqqında, başqa heç bir yerdə xəbər görmürük. Bu hərəkətimizin "halal çörəyə atılan təpikdən" fərqi nədir görəsən? Ona dəyər verilmədiyini görən hər hansı bir cavan, onun seçdiyi yolu seçərmi? Bəlkə də Tanrı onun talehini, "bizlərdə milli ruhu oyandırmaq" naminə qara yazdı. Amma biz yenə də dünənki biz olaraq qalmışıq. Biz "Heyfslər olsun !" deyirik. Onun mərdliyi isə bu sözü qəbul etmir.

Davamını oxu
 
M.Ə.Rəsulzadə

 

   "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarıyla bərabər, bizlərə ilk müstəqil respublikamızı da bəxş edən Məmməd Əmin Rəsulzadəyə bu gün dəyər verilirmi? Təbii ki onun ruhunu şad edənlərimiz var. Amma etməyənlərimiz də çoxdur. Müstəqillik bayramı kimi qeyd etdiyimiz 28 may tarixi onun adıyla bağlı olaraq yaşayır. Və onu sevənlərin qəlbində də, bu tarix daima məhz onun adıyla yaşayacaq! Adı çəkilən bu dahinin kitablardan, ekranlardan silmək olar, amma düşüncəli heç bir yaddaşdan silmək olmaz! Bütün bu mövzulara Bəxtiyar Vahabzadə, "M.Ə.Rəsulzadənin Xatirəsinə" adlı şerində çox gözəl toxunur. Həmən o şer aşağıda mövcüddur.

Davamını oxu